Gürcüstanda azərbaycanlı qızı qaçıranlar saxlanıldı - 10 ilədək həbs cəzası

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda azərbaycanlı qızı qaçıranlar saxlanıldı - 10 ilədək həbs cəzası

Kriminal

15 Oktyabr 2019 09:57 1122


Gürcüstanın Qardabani rayonunda 19 yaşlı azərbaycanlı qızı qaçıran iki gənc saxlanılıb.

"Yeni Sabah" “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan 1990 və 1991-ci il təvəllüdlü şəxslər Təzəkənd kəndində qızı evlənmək məqsədilə zorla qaçıraraq onu maşınla Marneuli rayonuna aparıblar. pizza hut

Onlar İkinci Kosalı kəndinə çatan zaman qız qaçmağa müvəffəq olub. Qızı qaçıranlar isə hadisə yerindən uzaqlaşıblar.

Saxlanılan azərbaycanlı gənclərlə bağlı qanunsuz azadlıqdan məhrumetmə maddəsi üzrə cinayət işi açılıb. Onları 7 ildən 10 ilədək həbs cəzası gözləyir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!