Gürcüstan həbsxanalarında 101 Azərbaycan vətəndaşı saxlanılır.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
Həbsdə olan Azərbaycan vətəndaşlarından 12-si qadın, 89-u isə kişidir. 1 nəfər həddi buluğa çatmayan oğlandır. Dominos pizza
Azərbaycan vətəndaşlarından 19-na qarşı ittiham irəli sürülüb, 82-si barəsində isə hökm oxunub.
Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 51 nəfər təşkil edib. Onlardan 21-i Tbilisidə, 16-sı Kvemo-Kartlidə (Borçalı), 3-ü Kaxeti, 11-i isə Acarıstan-Quriya bölgəsindədir.
Telegram kanalımız