Gürcüstanda polis əməkdaşının meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda polis əməkdaşının meyiti tapıldı

Hadisə

09 Mart 2023 20:52 668


Gürcüstanın Sameqrelo-Zemo Svaneti bölgəsinin Zuqdidi şəhərində polis bölmələrindən birinin növbətçi məntəqəsində polis əməkdaşının meyiti aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari” telekanalı məlumat yayıb.

Bildirilib ki, fakt üzrə “İntihar həddinə çatdırma” maddəsi ilə istintaq aparılır. Pepperoni pizza

İlkin versiyalardan birinə əsasən, polis əməkdaşı intihar edib.

Əldə olan məlumata görə, onun borcu olub. Ailə və dostlar isə onun psixi problemlərinin olduğunu deyiblər.

Polis əməkdaşının meyiti tibbi ekspertizaya göndərib. Araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!