Gürcüstandan Azərbaycana maşın ixracı artıb - Statistika

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstandan Azərbaycana maşın ixracı artıb - Statistika

Rəsmi

25 Sentyabr 2023 12:10 402


2023-cü ilin yanvar-avqust ayları ərzində Gürcüstandan Azərbaycana 296,99 milyon ABŞ dolları dəyərində 17 095 ədəd avtomobil ixrac edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Azərbaycana ixrac edilən avtomobillərin sayı illik ifadədə 3 110 ədəd və ya 15,4% azalıb, lakin dəyəri 100,83 milyon dollar və ya 51,4% artıb. 2022-ci ilin ilk 8 ayı ərzində isə Gürcüstan Azərbaycana 196,16 milyon dollar dəyərində 20 205 ədəd avtomobil ixrac edib. Marqarita pizza

2023-cü ildə Gürcüstanın avtomobil ixracı əvvəlki illə müqayisədə 178,1% artaraq 1 milyard 368,3 milyon dollara çatıb. Avtomobil ixracı ölkənin ümumi ixracının 33,5%-ni təşkil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!