Gürcüstandan daha 150 vətəndaşımız təxliyə edilir

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstandan daha 150 vətəndaşımız təxliyə edilir

Sosial

29 İyul 2020 09:43 805


Bu gün Gürcüstandan daha 150 Azərbaycan vətəndaşı təxliyə edilir.

Yenisabah.az xəbər verir ki, təxliyə edilən vətəndaşlar ötən gün PCR testlərindən keçiriliblər və onların heç biridə yeni növ koronavirusa yoluxma aşkarlanmayıb.

Təxliyə edilən şəxslər saat 10:00-da Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından 4 xüsusi avtobusla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar. pizza sifarişi

Qeyd edək ki, bu gün Azərbaycan vətəndaşları ilə yanaşı Azərbaycanda yaşayış icazəsi olan və ya Azərbaycan vətəndaşı ilə nikahda olan 119 Gürcüstan vətəndaşı, həmçinin 1 Türkiyə və 8 Rusiya vətəndaşı olan soydaşımız da Azərbaycana təxliyə olunacaq. Təxliyə edilənlər ölkə ərazisinə keçdikdən sonra karantinə alınmayacaqlar və onlara qeydiyyatda olduqları əraziyə getmələri üçün bir günlük sərbəst hərəkət icazəsi veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!