Gürcüstandan ən çox avtomobil alan azərbaycanlılardır

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstandan ən çox avtomobil alan azərbaycanlılardır

Maraqlı

20 Avqust 2021 14:39 1144


Bu ilin yanvar-iyul aylarında Gürcüstandan Azərbaycana 138,1 milyon ABŞ dolları dəyərində 20 658 ədəd minik avtomobili ixrac olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan avtomobillərin sayı 8 473 ədəd və yaxud 69,5 % artıb. Dördpendirli pizza

İlk yeddi ayda Gürcüstandan ixrac olunan minik avtomobillərinin ümumi dəyəri 248,4 milyon ABŞ dolları təşkil edib. Təkrar ixraca yönələn nəqliyyat vasitələrinin 55,6 %-i Azərbaycanın payına düşüb. (report) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!