Gürcüstandan keçirilən telefonlar aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstandan keçirilən telefonlar aşkarlandı

Kriminal

02 Aprel 2019 18:19 859


Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "BMW 325" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən “Yeni Sabah” verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Bundan sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin dam örtüyündə gizlədilən 2 ədəd "Redmi Note 7", 2 ədəd "Mi A2" və 1 ədəd "Samsung Galaxy J4" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!