Gürcüstandan qaçaqmalçılıq yolu ilə 7200 siqaret keçirmək istədilər

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstandan qaçaqmalçılıq yolu ilə 7200 siqaret keçirmək istədilər

Kriminal

28 İyun 2019 11:17 1208


Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə 7200 ədəd müxtəlif markalı siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən “Yeni Sabah”a verilən məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Opel Vectra", "Opel Astra" , "QAZ-3102" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 2000 ədəd "Senator", 3400 ədəd "King", 1800 ədəd "Marlboro" markalı siqaretlər aşkarlanıb. pizza sifarişi

Hər üç faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!