Gürcüstandan sərhəddəki insidentlə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstandan sərhəddəki insidentlə bağlı açıqlama

Rəsmi

15 İyul 2019 16:44 1155


Gürcüstan Sərhəd Polisinin sədr müavini Teymuraz Kupatadze Keşikçi Dağı Məbəd-Kompleksində baş verən insidentə aydınlıq gətirib.

“Yeni Sabah” Report-a istinadən xəbər verir ki, o, jurnalistlərə azərbaycanlı sərhədçilərin məbəddən ikonaları götürməsinin səbəbini açıqlayıb.

Gürcüstan rəsmisi deyib ki, Azərbaycan tərəfi ikonaları onların zədələnməməsi üçün məbəddən götürüb: “Gürcüstan və Azərbaycan tərəfləri arasında keçirilən görüşdən sonra məlum oldu ki, azərbaycanlı sərhədçilər məbədin divarlarındakı ikonaları onları mühafizə etmək məqsədilə götürüb. Onlar bildirdilər ki, hava şəraiti pisləşdiyindən külək və yağış ikonalara zərər vura bilərdi. Buna görə də azərbaycanlı sərhədçilər ikonaları götürərək gürcü həmkarlarına təqdim ediblər”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!