Gürcüstandan siqaret keçirilməsinin qarşısı alınıb

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstandan siqaret keçirilməsinin qarşısı alınıb

Kriminal

06 Aprel 2019 17:55 822


Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21154" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib. 

Bu barədə "Yeni Sabah"a DGK-dan məlumat verilib.

Baxışdan əvvəl şifahi sorğu-sual olunan vətəndaş idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı minik maşınının salonunda - ön oturacaqların içərisində "King" markalı 5000 ədəd siqaret aşkarlanıb. pizza

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!