Gürcüstanın Baş naziri Azərbaycan Prezidentini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanın Baş naziri Azərbaycan Prezidentini təbrik etdi

Siyasət

24 Dekabr 2025 13:21 351


Dekabrın 24-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Pepperoni pizza

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!