Gürcüstanla müdafiə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanla müdafiə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi

Maraqlı

11 Noyabr 2023 15:25 912


“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb

Sənəd 2023-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb. Dominos pizza

Sazişin məqsədi Tərəflər arasında müdafiə sahəsində əməkdaşlığı təşviq etmək və möhkəmləndirmək, eləcə də Tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki çərçivəni təmin etməkdir.

Sənəddə qeyd edilib ki, tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər:

- hərbi təhsil, treninq və təlimlər;

- müdafiə və təhlükəsizlik siyasəti;

- sülhməramlı və humanitar əməliyyatlar;

- NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq;

- silahlara nəzarət və tərk-silah;

- hərbi qanunvericilik;

- maddi-texniki təminat;

- mülki-hərbi əməkdaşlıq;

- müdafiə sahəsində kibertəhlükəsizlik;

- hərbi xəritəçilik;

- hərbi tibbi xidmətlər;

- sosial, idman və mədəni tədbirlər;

- humanitar minatəmizləmə;

- qarşılıqlı maraq kəsb edən digər sahələri.

Tərəflər arasında əməkdaşlıq aşağıdakı formalarda həyata keçiriləcək:

- rəsmi səfərlər və işçi görüşləri;

- ikitərəfli danışıqlar, məsləhətləşmələr və təcrübə mübadiləsi;

- treninq və təlim tədbirlərində iştirak;

- qarşılıqlı maraq kəsb edən məlumatın mübadiləsi;

- konfrans və seminarlarda iştirak;

- mədəni və idman tədbirlərində iştirak;

- birgə razılaşdırılmış digər əməkdaşlıq formaları.

Sazişin həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar Azərbaycan Respublikası Hökuməti adından Müdafiə Nazirliyi və Gürcüstan Hökuməti adından Müdafiə Nazirliyidir.

Tərəflərin səlahiyyətli orqanları Sazişin həyata keçirilməsi məqsədilə əlavə razılaşmalar və illik əməkdaşlıq planlarını imzalaya bilərlər.

Səlahiyyətli orqanlarla bağlı hər hansı dəyişiklik tərəflər tərəfindən diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildirilməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!