Haaqada Ukrayna üzrə Kompensasiya Komissiyası yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Haaqada Ukrayna üzrə Kompensasiya Komissiyası yaradıldı

Siyasət

16 Dekabr 2025 20:59 665


Haaqada Ukrayna üzrə Kompensasiya Komissiyası yaradılıb.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri David van Veel bildirib.

Onun sözlərinə görə, komissiyanın rəsmi olaraq fəaliyyətə başlaması Ukrayna üçün ədalətin bərpası istiqamətində mühüm addımdır: “Niderland Krallığı adından Ukrayna Prezidenti Volodimir Zelenski, Moldova Prezidenti Maya Sandu, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa, Avropa İttifaqı Şurası və Avropa tərəfdaşlarının iştirakı ilə konvensiyanı imzaladım”. pizza

Nazir qeyd edib ki, “komissiya Rusiyanın təcavüzünə görə kompensasiya mexanizminin ikinci sütununu təşkil edir və 2023-cü ildə Haaqada yaradılmış zərər reyestrinə əsaslanır”.

“Bu gün biz həmçinin Kompensasiya Komissiyası üçün ev sahibi ölkə kimi çıxış edəcəyimizi elan etdik”, - o əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!