“Hacı Şahin düz deyir, bir əsgər ona deyib ki, ermənilər “Allahu-Əkbər” təkbiri eşidən kimi...”

saytların hazırlanması

Evə çatdırılma

“Hacı Şahin düz deyir, bir əsgər ona deyib ki, ermənilər “Allahu-Əkbər” təkbiri eşidən kimi...”

Din

07 Avqust 2022 10:21 20234


“Əslində, Hacı Şahin düz deyir. Bir əsgər ona deyib ki, "Allahu-Əkbər" təkbiri eşidilən kimi ermənilər qaçdı”. 

“Yeni Sabah” xəbər verir ki, bunu yazıçı Azər Qismət deyib. O, bildirib ki, bu açıqlamada təbii ki, yaxınlıqda duran 5-6 erməninin qaçmasından söhbət gedir:

“Bəli, tamamilə düzgündür. Son 10-15 ildə Allahu-əkbər təkbiri hücuma işarədir. Xatırlayırsınızsa, Yəmən, Suriya və İraqda terrorçular üstlərinə bomba bağlayaraq "Allahu əkbər" deyib özlərini partladardılar. Bu təkbir elə indicə hansısa bombanın partlayacağını, yaxud genişmiqyaslı hücuma keçiləcəyini ehtiva edir. Xüsusilə döyüş yerində. Özü də yüksək və əsəbi səslə.  Dördpendirli pizza

Yaxınlıqdakı ermənilər bu təkbiri eşidəndə elə indicə üstlərinə bomba atılacağını, ya avtomatlarla deşik-deşik olacaqlarını alt şüurda dərk edib tez qaçıblar. Bu insani instinkdir. 

Türklər Allahu-əkbər sədaları altında Konstantinopola sonuncu qələbə hücumunu həyata keçiriblər. Adi həyatda da Allahu-əkbər təkbiri ucadan qışqırtı ilə deyiləndə, inanılmaz qorxu yaradır ki, indi üstünə bağlanmış bombanı partladacaq. 

Bəs neçə il bundan əvvəl Bakıda avtobusda baş verən hadisəni unutmamısınız ki?! Avtobusda bir saqqallı şəxs Allahu-əkbər deyərək əlini cibinə atıb. Sərnişinlərdən bəzisi özünü sıxıb, bir qadın qışqırıb. Siz demə, yazıq cibindən daraq çıxarırmış. Deyirlər belə hadisə olub”.

Xatırladaq ki, Hacı Şahinin bir il bundan əvvəl dediyi fikirlər indi sosial şəbəkədə müzakirə mövzusuna çevirilib. O, demişdi: “Xüsusi təyinatlı hərbçimiz özü mənə danışırdı ki, biz Şuşa ətrafında 300 nəfər mühasirəyə düşmüşdük, təkbir deyən kimi hamısı qaçdılar. Deyir, Allah rəhmət eləsin Sabirə. Sabirin tənqid elədiyi İslamı mən də tənqid edirəm. Neçə ildir minbərdən deyirəm ki, bunu eləmək olmaz. İmam Hüseyn əzaları ilə bağlı internetdə axtarış verəndə üzü qana bulanmış şəkillər çıxır. Bu məqsədli şəkildə belə edilir. Qurandan da sui istifadə var. Onda Qurandan imtina edək?!.

İmam Hüseynin şüarlarına baxın, orda bir dənə də olsun ərəbə aid söz yoxdur. İmam Hüseynin sözləri insanlığa, bəşərə aiddir. O deyib ki, öz haqqın üçün yox, gərək haqqın özü üçün çalışasan. Öz haqqından da haqqa görə keçəsən. Bu artıq daha mütərəqqidir. Aşura cinayətkarlığa, zorakılığa qarşı olan bir hadisədir. Pis bir şeydir?! Bizim xalqımız İmam Hüseyn sevgisinə xəyanət etməyib, onu hətta sovet dövründə də yaşadıb və bunun bəhrəsini də görüb”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!