Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxıldı

Maraqlı

13 Dekabr 2023 19:03 853


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı “Azərpoçt” MMC məlumat yayıb.

Bildirilib ki, buraxılış bir markadan ibarət blok şəklində hazırlanıb. pizza mizza

Markanın üzərində Hacı Zeynalabdin Tağıyevin fotosu həkk olunub. Tərtibatında zənginlik, sağlamlıq, güvən, mərhəmət, hikmət və nəciblik elementləri olan rənglərdən istifadə edilib.

Marka Belarus Respublikasının “Bobruisk İntegrated Printing House” mətbəəsində 4 000 tirajla çap olunub. Markanın dizayneri Aydın Əsgərovdur.

Bundan əlavə, “Birinci gün” zərfləri də hazırlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!