Hacıbaba Bağırovun 90 illiyi Fəxri Xiyabanda qeyd olundu

saytların hazırlanması

Evə çatdırılma

Hacıbaba Bağırovun 90 illiyi Fəxri Xiyabanda qeyd olundu

Mədəniyyət

12 İyun 2022 22:33 3160


Bu gün böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, "Şöhrət” ordenli Hacıbaba Bağırovun anadan olmasının 90-cı ildönümüdür.

Yenisabah.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mərhum aktyorun Fəxri Xiyabandakı məzarını ziyarət edərək əklillər və gül-çiçək dəstələri qoyublar.

Ziyarətdə iştirak edən Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Könül Cəfərova, Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, rejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar artistlər Ələkbər Əliyev, Çingiz Əhmədov, gənc aktyor, Prezident Mükafatçısı Hüseyn Əlili, tanınmış mədəniyyət və incəsənət nümayəndələri mərhum sənətkarın həyat və yaradıcılığından söz açaraq, onunla bağlı xatirələrini bölüşüblər. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!