Hacıqabulda avtomobil aşdı, beş nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda avtomobil aşdı, beş nəfər xəsarət aldı

Hadisə

27 Sentyabr 2025 23:19 359


Hacıqabulda yol-nəqliyyat hadisəsi zamanı beş nəfər xəsarət alıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Udullu kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində Sabirabad rayon sakinləri; Ağayev Daşqın Hafiz oğlu, 1977-ci il təvəllüdlü Paşayev Cəlal Vilayət oğlu, 1974-cü il təvəllüdlü Hüseynova Afət Əlisadıq qızı, 1968-ci il təvəllüdlü Əliyeva Təranə Həsənağa qızı və 2003-cü il təvəllüdlü Paşayev Əmralı Cəlal oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. pizza sifarişi

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!