Hafiz Hacıyev koronovirusa yoluxub?

saytların hazırlanması

Evə çatdırılma

Hafiz Hacıyev koronovirusa yoluxub?

Hadisə

25 Fevral 2020 20:19 2574


Ötən gün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problem yaranması ilə bağlı məlumat vermişdik. Partiya sədrinin özü bildirmişdi ki, səhhətində bir neçə gündür ki, problem yaranıb. Bunun ardından cəmiyyət arasında Hafiz Hacıyevin koronovirusa yoluxması ilə bağlı məlumat yayılıb. "Yeni Sabah" xəbər verir ki, məlumatın doğruluğunu dəqiqləşdirmək üçün Modern.az partiya sədri ilə əlaqə saxlayıb. H. Hacıyev səhhətinin yaxşı olduğunu bildirərək, iddiaların əsassız olduğunu deyib: "İndi özümü yaxşı hiss edirəm. Dünən xəstəxanadan çıxmışam, gün ərzində bir neçə dəfə həkimə yoxlanmalı oluram. Həkimlər deyir ki, əsəb xəstəliyim var. Koronovirusa yoluxmağım barədə xəbər isə tamamilə yalandır, onu kim deyirsə, qələt edir".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!