Hakan Çalhanoğlu mafiyaya qarışıb?

saytların hazırlanması

Evə çatdırılma

Hakan Çalhanoğlu mafiyaya qarışıb?

İdman

02 May 2025 14:43 392


Türkiyə milli komandası və “İnter” klubunun kapitanı Hakan Çalhanoğlu mafiya istintaqı çərçivəsində 1 oyunluq cəzalandırıb. 31 yaşlı yarımmüdafiəçi “Verona” ilə oynanacaq görüşdə komandasına kömək edə bilməyəcək.

Yenisabah.az xəbər verir ki, İtaliya prokurorluğu ölkənin 2 nəhəng klubu “İnter” və “Milan”ı mafiya ilə əməkdaşlıqda ittiham edir. Sözügedən komandaların azarkeş qrupları arasında İtaliya mafiyasının üzvü olan bir sıra şəxslər var.

Hakan Çalhanoğlu istintaq zamanı, mafiya ilə əməkdaşlıq edən “Kurva Nord” azarkeş qrupu ilə əlaqələrini etiraf edib. Futbolçuya həmçinin 30 min avro cərimə də təyin olunub. pizza sifarişi

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!