Hakim tanınmış vəkildən şikayət etdi: “Başına oyun açacağam“

saytların hazırlanması

Evə çatdırılma

Hakim tanınmış vəkildən şikayət etdi: “Başına oyun açacağam“

Maraqlı

24 May 2021 13:10 1119


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev tanınmış vəkil Elçin Sadıqov haqda Vəkillər Kollegiyası Rəyasət Heyətinə şikayət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə E.Sadıqov özü məlumat yayıb.

O bildirib ki, vəkili olduğu təqsirləndirilən şəxsin müxtəlif vaxtlarda müqavilə bağladığı 5 nəfər müdafiəçisi olub: pizza

“Təqsirləndirilən şəxsin yeni vəkili order təqdim edəndə hakim bildirib ki, Elçin Sadıqov gəlməlidir, mən işi təcili yekunlaşdırmalıyam. Katib mənə zəng edəndə Cinayət Posessual Məcəlləsinin tələbini izah etdim ki, təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi varsa, onlardan birinin iştirakı məhkəmə iclasının davam etdirilməsinə mane olmur. Müvəkkilim də mənə demişdi ki, yeni vəkil də işlə tanış olsun, sonra birlikdə müdafiə mövqeyini müzakirə edək. Hakim deyib ki, “Elçinə mən demişəm, cürəti çatırsa gəlməsin, onun başına oyun açacağam”. Mən də qanunu rəhbər tutaraq getmədim".

İndi mənə Vəkillər Kollegiyası Rəyasət Heyətindən zəng edərək bildirdilər ki, başqa vəkil iştitak etdiyi halda hikkəli hakim ancaq məndən kollegiyaya şikayət edib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!