Hakimlərin maaşı artırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Hakimlərin maaşı artırılacaq

Sosial

03 Aprel 2019 23:34 836


Hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatı əhəmiyyətli dərəcədə artırılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında sərəncamda bildirilib.

Sərəncama əsasən, hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmləri təkmilləşdiriləcək, belə müdaxiləyə görə məsuliyyət artırılacaq. Bundan başqa, məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələri verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya ediləcək. Toyuqlu pizza

Məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsi məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldiləcək.

Məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısı aparılacaq və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbi müəyyən ediləcək.

Mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlar genişləndiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!