“Hamı bilir ki, həmin “talpuçkaları” kim idarə edir” - Deputatdan vergi etirazı

saytların hazırlanması

Evə çatdırılma

“Hamı bilir ki, həmin “talpuçkaları” kim idarə edir” - Deputatdan vergi etirazı

İqtisadiyyat

14 Noyabr 2019 10:45 1237


“Vətəndaşların vergiyə inamını artırmaq üçün dəfələrlə Milli Məclisdə məsələ qaldırılıb ki, bu məqsədlə birinci “talpuçkalardan” başlamaq lazımdır. Hamı bilir ki, həmin “talpuçkaları” kim idarə edir”.

"Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçriilən iclasında deputat Qüdrət Həsənquliyev Vergilər Məcəlləsinə edilən dəyişikliklərdən danışarkən deyib. O qeyd edib ki, sözügedən “talpuçka”larda nə qədər vəsait vergidən yayındırılır, sahibkarlardan əlavə pul yığılır: 

“Prezident dəfələrlə bildirib ki, sahibkarlar yalnız vergi ödəməlidirlər. İnsanlar görsə ki, həmin yerlərdə vergi nizam-intizamı yaradılıb, sahibkarlar heç bir problemsiz öz vergilərini ödəyəcəklər”.  pizza mizza

Deputat İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edərək bildirib ki, Bakının mərkəzi köşklərlə doludur: “Həmin köşklərdə “Reklam haqqında” qanuna zidd olaraq şüşələrin arxasına siqaretlər düzülüb. Məncə bu, xarici turistlər qarşısında ölkəmizin geri qalmışlığının nümunəsidir. Dünyanın heç bir yerində siqaret bu formada reklam olunmur. Siz bunları aradan qaldırsanız, hamı görəcək ki, qanunlar hamı üçün eynidir. İnsanlar bunu görməyincə heç bir səylər nəticə verməyəcək”. 

Q. Həsənquliyev toylardakı sadələşdirilmiş vergi məsələsinə də toxunub: “Məcəllədə qeyd olunub ki, video çəkilişlər edən şəxslər, fotoqraflar 30 manat sadələşdirilmiş vergi verir. Hamımız bilirik ki, elə artistlər var ki, 10-14 min manata toya gedir. 30 manat vergi onlar üçün nə sadələşdirilmiş vergi ola bilər ki? Çəkməçidən 5 manat alırıq, bir toya 10 minə gedəndən 30 manat?! Bu nə dərəcədə ədalətli vergi qoymadır? Hesab edirəm ki, biz qeyd etdiyim məsələlərə bir də baxmalıyıq. Əgər bunlara baxılsa, mən dəyişikliklərə səs verəcəm”. /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!