Türkiyədə saxta peyğəmbər Erol Evrenosoğlunun dəfn edildiyi qəbiristanlığa böyük tələb yaranıb.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-da həyatını itirən İskəndər Erol Evrenosoğlunun oğlu Oktay Evrenosoğlu Türkiyənin Bursa şəhərində məzar yeri alıb.
Saxta peyğəmbərin dəfn edildiyi "Hamitlər qəbiristanlığı"nda məzar yeri almaq istəyənlərin sayı bir gündə 100-ə yüksəlib. Ancaq müraciətlərin saxta peyğəmbərin müridlərindən gəldiyini müəyyənləşdirən Bursa Qəbiristanlıqlar Müdirliyi dərhal satışları dayandırıb. Həmçinin məzarın üzərində türbə inşaasına da icazə verilməyəcəyi açıqlanıb. Toyuqlu pizza
Qeyd edək ki, ötən ay 86 yaşında ürək çatışmazlığından vəfat edən E.Evrenosoğlu illər önə özünü peyğəmbər elan edib. Onun çoxlu müridləri var. Hətta onun yas mərasiminə də yüzlərlə müridi qatılıb.

Sabrina Eldarqızı
Telegram kanalımız