Hamı Laçın yolundakı aksiya ilə maraqlanır - NAZİR 

saytların hazırlanması

Evə çatdırılma

Hamı Laçın yolundakı aksiya ilə maraqlanır - NAZİR 

Siyasət

20 Yanvar 2023 10:24 632


"Hər kəs Xankəndi-Laçın yolunda keçirilən aksiya barədə maraqlanır. Bəziləri orada blokada təsəvvürü yaratmağa çalışırlar". 

Yenisabah.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. 

"Azərbaycan dövlətinin mövqeyi açıqdır. Azərbaycan tərəfi əlindən gələni edir. Etirazçıların da humanitar fəlakət yaratmaq niyyəti və məqsədi yoxdur. Bütün nəqliyyat vasitələri maneəsiz şəkildə keçir. Məsuliyyətli dövlət olaraq atılan addımlar barədə məlumat veririk. Kontekstdən çıxarılmış fikir barədə müzakirə aparmaq doğru deyil. Əsas hədəf ekoloji fəlakətlərin dayandırılmasıdır", - deyə XİN rəhbəri vurğulayıb.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!