Hamilələrə yay xəbərdarlığı: Hovuza girərkən buna mütləq diqqət edin

saytların hazırlanması

Evə çatdırılma

Hamilələrə yay xəbərdarlığı: Hovuza girərkən buna mütləq diqqət edin

Sağlamlıq

19 İyun 2026 10:07 151


Hamilə qadınlar yay aylarında hovuzdan istifadə edərkən gigiyena qaydalarına xüsusi diqqət yetirməlidirlər, sağlam keçən hamiləliklərdə təmiz və baxımlı hovuzda üzmək həm ana, həm də körpə üçün təhlükəsizdir.

“Yeni Sabah”ın məlumatına görə, Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Bahadır Codal bildirib ki, suyun qaldırıcı qüvvəsi bədənə düşən yükü azaltdığı üçün hovuzda üzmək bel və kürək ağrılarını yüngülləşdirə, qan dövranını yaxşılaşdıra, şişkinliyi və stressi azalda bilər. Hovuz suyu körpəyə çatmır və ona zərər vermir, çünki körpə uşaqlıq və amniotik maye ilə qorunur.

Mütəxəssis qeyd edib ki, qanaxma, erkən doğuş təhlükəsi, amniotik mayenin gəlməsi və ya həkimin fiziki aktivliyə məhdudiyyət qoyduğu hallarda hovuza girmək olmaz. O, həmçinin infeksiya riskindən qorunmaq üçün yalnız təmiz hovuzlardan istifadə etməyi, hovuzdan sonra duş qəbul etməyi, yaş mayoda uzun müddət qalmamağı və çox isti sudan uzaq durmağı tövsiyə edib. Dördpendirli pizza

 Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!