“Hamıya belə ər arzulayıram” - Afaq Bəşirqızı həyat yoldaşını təriflədi   + Video

saytların hazırlanması

Evə çatdırılma

“Hamıya belə ər arzulayıram” - Afaq Bəşirqızı həyat yoldaşını təriflədi + Video

Mədəniyyət

28 Mart 2023 12:38 2256


“Taleyin hərdən çox gözlənilməz və sərt oyunları var. Ola bilər ki, mən aylarla, illərlə görünməyim. Amma bilirəm ki, tamaşaçıların yaddaşında, ürəyindəyəm”. 

Yenisabah.az "Bizim.media"-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı “Şou xəbər” verilişinə müsahibəsində deyib.

Sənətkar may ayından etibarən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsinə qayıdacağını açıqlayıb: pizza mizza

“Çalışdığım Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayevlə bir neçə gün əvvəl görüşmüşük və görəcəyimiz layihələrin planlarını qururuq. Çox güman ki, məni may ayında səhnədə görəcəksiniz. Atam Bəşir Səfərov bu yolu gedib, ində mən də bu yolu onun arxasınca gedirəm. Oğlu olsaydı, arxayın olardım ki, işığını yandıran var. Amma...”.

A.Bəşirqızı sənətə gələn gənc aktyorlara məsləhətindən də qalmayıb:

“Azərbaycan teatrına və kinosuna istedadlı gənclərə nə arzu edirəm. Başlarını aşağı salın yaradıcılıqları ilə məşğul olsunlar, təriflədikcə sakit qalıb sussunlar, dünyanı “dağıtmasınlar”. Sənətkarlıqla heqemonluq bir-birinə sığmır”.

Tədbirlərin birinə həyat yoldaşı Əhməd Təhməzovla qatılan Afaq Bəşirıqızı onu həm tərifləyib, həm də bütün xanımlara bu cür “ər” arzulayıb:

“Həyat yoldaşım çox utancaq insandır. 43 ildir ki, biz dərdləşirik. Hamıya mən bu xasiyyətdə, mənlikdə və qürurluqda həyat yoldaşı arzu edirəm”.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!