Hansı futbolçular finalda iştirak etməyəcək?

saytların hazırlanması

Evə çatdırılma

Hansı futbolçular finalda iştirak etməyəcək?

İdman

03 May 2019 05:36 934


Azərbaycan Kubokunun finalına vəsiqə qazanan "Qəbələ" və "Sumqayıt" klublarının ümumilikdə 3 futbolçusu həlledici qarşılaşmanı buraxacaq.

“Yeni Sabah” xəbər verir ki, “Qəbələ”nin heyətindən Amin Seydiyev və Sabien Lilay Naxçıvanda keçiriləcək matçda meydana çıxmayacaq. 

"Sumqayıt"ın heyətində isə Aleksey İsayev finalı kənardan izləməli olacaq. Buna səbəb hər üç futbolçunun yarımfinal mərhələsinin cavab oyunlarında sarı vərəqə alaraq, cəzalı duruma düşməsidir. Sezar pizza

Qeyd edək ki, final matçı mayın 19-da keçiriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!