Hansı universitetlər hara gedir? - Paytaxtdan köçürülmə olacaq/Video

saytların hazırlanması

Evə çatdırılma

Hansı universitetlər hara gedir? - Paytaxtdan köçürülmə olacaq/Video

Sosial

17 Noyabr 2023 22:57 19235


Paytaxtda yerləşən 30 yaxın ali məktəbin bölgələrə köçürülməsi labüddür. Əks halda tıxac yuvasına dönən bakıda vəziyyət daha da qəlizləşəcək.

Yenisabah.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu təkliflə təhsil eksperti Kamran Əsədov çıxış edib.

Ekspert deyir ki, hazırda ölkədə 44 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onların yarısından çoxu paytaxt Bakıdadır. Təkcə Bakıda 120 minə yaxın tələbə təhsil alır. Bu təhsil ocaqlarının tədricən Bakıdan kənara köçürülməsi həm sıxlığı aradan qaldıracaq, həm də regionların sosial-iqtisadi inkişafına səbəb olacaq. Toyuqlu pizza

Təklifə əsasən, həm də xüsusil təyinatlı təhsil müəssisələri işğaldan azad edilən ərazilərə köçürülməlidir.

Kamran Əsədov hesab edir ki, 28 may metrostansiyası ətrafında olan Xarici dillər və Slavyan universitetləri də köçürülməlidir. Həmin ali məktəblərin mərkəzdə olması sərnişin sıxlığı yaradır. Ekspert deyir ki, köçürülmə prosesinə kompleks şəkildə yanaşılmalı və bölgələrdə tələbə şəhərcikləri salınmalıdır. Bu tip şəhərciklər tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunmalıdır.

Ekspert əlavə edib ki, ölkəmizdə təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, yaxın vaxtlarda ölkəmizdə universitetlərin Bakıdan kənara köçürülməsi real görünür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şəmsəddin
    Təhsil müəssisələrinin paytaxtın kənarlarına köçürülməsinin heç bir effekti olmayacaq. Tələbələr göylə uçmayacaq ki ? Metro stansiyalarının sayını artırmaq lazımdır. Müstəqillik dövrümüzdə 2 və ya 3 stansiya tikib. Tək Moskvada son 30 ildə görün nə qədər stansiya istifadəyə verilib.
    2 years ago
  • Gülnar Məmmədova
    Dövlət strategiyasına əsasən orta ixtisas təhsilli biri rəhbər vəzifə daşıya bilməz.Cox təssüf olsun ki, respublikada fəaliyyət göstərən gimnaziyaya orta ixtisas təhsilli biri direktor əvəzi təyin olunub.və bu təyinat keçmiş direktorun əli ilə olub.səbəblər yəqin ki, çoxdu..
    2 years ago
  • Gülnar Məmmədova
    Dövlət strategiyasına əsasən orta ixtisas təhsilli biri rəhbər vəzifə daşıya bilməz.Cox təssüf olsun ki, respublikada fəaliyyət göstərən gimnaziyaya orta ixtisas təhsilli biri direktor əvəzi təyin olunub.və bu təyinat keçmiş direktorun əli ilə olub.səbəblər yəqin ki, çoxdu..
    2 years ago