“Haqqımda çox danışıldı, amma heç vaxt hörmətimi itirmədim” - Mahir Emreli

saytların hazırlanması

Evə çatdırılma

“Haqqımda çox danışıldı, amma heç vaxt hörmətimi itirmədim” - Mahir Emreli

İdman

13 Aprel 2025 11:46 372


“Haqqımda çox danışıldı, çox şey yazıldı. O cümlədən yalan xəbərlər də. Amma mən səssiz və səbirli şəkildə öz üzərimdə çalışdım".

Yenisabah.az xəbər verir ki, bu sözləri "Nürnberq"də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli İnstaqram hesabındakı paylaşımında yazıb.

27 yaşlı futolçu ötən gün 2-ci Bundesliqanın 29-cu turunda "Kayzerslautern"lə oyunda (2:1) baxımlı qol vuraraq komandasının qələbəsindən böyük pay sahibi olub. pizza mizza

"Nürnberq"də son qolunu ötən ilin noyabrında vuran Emreli çox tənqid olunması ilə bağlı fikirlərini bölüşüb:

 

"Heç vaxt hörmətimi itirmədim. Və bu gün nəyin uğrunda mübarizə apardığımı göstərdim. Bu məqsəd üç xaldan daha böyükdür. Bu, mənə inanan hər kəs üçündür. Komanda yoldaşlarım, məşqçilərim və xüsusilə siz, azarkeşlərə inanılmaz dəstəyiniz üçün təşəkkür edirəm. Gələn oyunda görüşərik”.

 

Qeyd edək ki, M.Mereli bu mövsüm "Nürnberq"də ümumilikdə 20 oyuna 5 qol vurub, 1 qol ötürməsi edib. (Qol.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!