Hasan Can Kaya saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Hasan Can Kaya saxlanıldı

Dünya

31 Yanvar 2026 10:01 648


Türkiyədə məşhurların narkotik maddələrdən istifadəsi ilə bağlı aparılan istintaq çərçivəsində növbəti əməliyyat keçirilib.

“Yeni Sabah” xəbər verir ki, İstanbul Baş Prokurorluğunun keçirdiyi əməliyyatda, sosial media fenomenləri, o cümlədən “Konuşanlar” verilişinin aparıcısı Hasan Can Kaya və “Reynmen” ləqəbi ilə tanınan Yusuf Aktaş da daxil olmaqla bir çox məşhur şəxs saxlanılıb.

Əməliyyat çərçivəsində narkotik maddələrin istifadəsi və əldə edilməsi ilə bağlı şübhələr əsasında müəyyən olunmuş ünvanlarda axtarışlar aparılıb. Sezar pizza

Uzun müddət davam edən texniki və fiziki müşahidə nəticəsində sosial mediada tanınan şəxslər də əməliyyat hədəfinə çevrilib.

Axtarış zamanı rəqəmsal materiallar və müxtəlif sübutlar ələ keçirilib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!