Hava KƏSKİN DƏYİŞDİ   - QAR YAĞIR

saytların hazırlanması

Evə çatdırılma

Hava KƏSKİN DƏYİŞDİ - QAR YAĞIR

Sosial

10 Yanvar 2026 18:28 20209


Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-u saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Xidmətdə "Yeni Sabah"a verilən məlumata görə, dağlıq ərazilərdə qar yağır.

Belə ki, Sədərək, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı, Xaçmaz, Yevlax, Göyçay, Bərdə, Tərtər, Kürdəmir, Mingəçevir, Lənkəran, Astara, Qobustan, Şamaxıda yağış, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Kişçay (Şəki), Qrız (Quba), Laza (Qusar), Şahdağda isə qar yağır. Dördpendirli pizza

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Gəncədə 20, Goranboyda 19, Ağstafa, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında 17, Şəmkirdə 16, Kəlbəcərdə 15 m/s-dək güclənir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!