Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
“Yeni Sabah” xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti fevralın 26-da bəzi bölgələrdə gözlənilən güclü küləklə əlaqədar sarı və narıncı xəbərdarlıq elan edib.
Məlumata görə, Naxçıvan Muxtar Respublikası, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Gədəbəy, Gəncə, Naftalan, Samux, Göygöl, Şəmkir, İmişli, Beyləqan, Bərdə, Tərtər, Sabirabad, Saatlı, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Hacıqabul, Qobustan, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarında sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi əsəcək. Küləyin sürətinin 13.9–20.7 m/s təşkil edəcəyi bildirilir. pizza mizza
Daşkəsən, Goranboy və Mingəçevir şəhərlərində isə narıncı xəbərdarlığa əsasən şimal-şərq küləyinin sürətinin 20.8–28.4 m/s-dək güclənəcəyi gözlənilir.
Telegram kanalımız