Hava şəraiti ilə əlaqədar məktəblərdə dərslərə fasilə verilib?   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Hava şəraiti ilə əlaqədar məktəblərdə dərslərə fasilə verilib? - RƏSMİ

Sosial

21 Yanvar 2026 20:05 1847


Son günlər ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar ucqar dağlıq kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində fasilələr müşahidə edilir.

Bu barədə "Yeni Sabah"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bəzi ərazilərdə yolların buz bağlaması, eləcə də nəqliyyat vasitələrinin hərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir: Pepperoni pizza

"Bu səbəbdən çətin relyefə malik bölgələrdə yerləşən az sayda təhsil müəssisəsində davamiyyətdə qısamüddətli fasilələrin yaranması anlayışla qarşılanır. Bildiririk ki, məktəblərdə dərslərin dayandırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib. Təlim-tədris prosesi ölkə üzrə mövcud qaydalara uyğun şəkildə davam etdirilir".

Qeyd edilib ki, davamiyyətdə qısamüddətli fasilələrin müşahidə edildiyi təhsil müəssisələrində keçirilməyən dərslərin dərs cədvəlinə uyğun şəkildə kompensasiya edilməsi istiqamətində zəruri tədbirlər görüləcək:

"Bununla yanaşı bildiririk ki, əlverişsiz hava şəraitində təhsil müəssisələrinin istiliklə təchizatı diqqətdə saxlanılır. Gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlər ilə bağlı aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb. Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır. Hazırda ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) istilik təminatı normal qaydada həyata keçirilir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!