Dünyada ilk dəfə Kanadada elektrik enerjisi ilə işləyən kommersiya təyyarəsi səmaya qalxıb.
"Yeni Sabah" bildirir ki, bu məlumatı “Harbour Air Seaplanes” şirkəti yayıb.
Məlumata görə, uçuş 2 şirkətin – Şimali Amerikada hidro-təyyarə istehsal edən “Harbour Air” və elektrik aviasiya sahəsində inqilab edən “MagniX”in birgə səyləri nəticəsində baş tutub. Təyyarəni “Harbour Air” şirkətinin qurucusu və baş direktoru Qreq Makduqall idarə edib. pizza hut
Dünya tarixinə bir ilk kimi düşən uçuş həm də aviasiyada üçüncü eranın – elektrikin başlanğıcı kimi əlamətdardır.
Telegram kanalımız