Havada tozun miqdarı sanitar normadan 2.4 dəfə çoxdur - Nazirlik açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Havada tozun miqdarı sanitar normadan 2.4 dəfə çoxdur - Nazirlik açıqladı

Sağlamlıq

31 Yanvar 2020 08:42 1133


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən yanvarın 31-i gecə saatlarından başlayaraq ölkə ərazisində havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib. 

Nazirlikdən "Yeni Sabah"a verilən məlumata görə, hazırda tozun miqdarı sanitar normadan 2.4 dəfə çoxdur.

Buna səbəb son iki gün əzində ölkə ərazisinə cənub-qərb hava axınları vasitəsilə İran, İraq ərazisindən və Ərəbistan yarmadasından toz-dumanının daxil olmasıdır. Dominos pizza

Tozlu hava şəraitinin gün ərzində müşahidə olunacağı ehtimal olunur.

Axşam saatlarından başlayaraq cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunması nəticəsində tozun miqdarı azalaraq norma həddinə düşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!