Hazırda Bakıda buludlu hava şəraiti müşahidə olunur.
Yenisabah.az “Meteo.az”a istinadən xəbər verir ki, bu gün havanın temperaturu gecə -3°, gündüz isə -1°-dək şaxta olacaq, mülayim külək əsəcək.
Sabah gecə -2°, gündüz 0°, martın 1-i gecə -3°, gündüz 0°, martın 2-si gecə -3°, gündüz -1°-dək şaxta olacaq. Sezar pizza
Martın 3-dən etibarən hava temperaturunun istiləşəcəyi proqnozlaşdırılır.
Belə ki, 3 martda gecə -2°, gündüz +4°, martın 4-də gecə +1°, gündüz +6°, martın 5-də isə gecə +2°, gündüz +7°-dək isti olacaq.
Telegram kanalımız