Hazırda İranda olan azərbaycanlı yazıçının durumu ilə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Hazırda İranda olan azərbaycanlı yazıçının durumu ilə bağlı AÇIQLAMA

Sosial

28 Fevral 2026 13:30 2383


Yazıçılar Birliyinin Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədr müavini, yazıçı, televiziya aparıcısı Həmid Heriçi hazırda Təbrizdədir. 

"Yeni Sabah" xəbər verir ki, bunu yazıçının həyat yoldaşı, tanınmış teleaparıcı İlhamiyyə Rza deyib. 

"Hal-əhval tutan, nigaran qalan bütün dostlara təşəkkür edirəm. İnşallah, Həmid sağ-salamat gəlib çıxar... Allah bütün yaxşı insanları qorusun. Müharibələr olmasın...", - o bildirib.  Marqarita pizza

Qeyd edək ki, fevralın 28-də səhər saatlarında ABŞ və İsrail İrana zərbələr endirməyə başlayıb. İran hücuma cavab verib və İsrail ərazisini bombalayıb. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!