HDP və YSP toplanır - Kılıçdaroğludan üz döndərirlər? 

saytların hazırlanması

Evə çatdırılma

HDP və YSP toplanır - Kılıçdaroğludan üz döndərirlər? 

Siyasət

24 May 2023 16:14 874


Türkiyədə müxalif Xalqların Demokratik Partiyası (HDP) və Yaşıl Sol Partiya (YSP) İdarə Heyətinin toplantısını çağırıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə YSP-nin tviter səhifəsində məlumat verilib. 

"HDP və YSP İdarə Heyəti olaraq ortaya çıxan son durumu dəyərləndirmək və mövqeyimizi ictimaiyyətə açıqlamaq üçün toplanırıq. Toplantıdan sonra yazılı açıqlama yayacağıq", - deyə bildirilib.  pizza sifarişi

Qeyd edək ki, HDP və YSP parlament seçkilərinə "Əmək və Azadlıq İttifaqı" çərçivəsində qatılmışdı. Prezident seçkilərində bu ittifaq "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləyib. İkinci turda da onu dəstəkləyəcəyini elan edib. 

Bu gün Zəfər Partiyasının Kılıçdaroğlunu dəstəkləməsindən sonra bu siyasi qüvvənin tərəflər arasında imzalanan protokoldan narazı qaldığı barədə məlumatlar yayılmışdı./Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!