Həbs edilən baş həkimin yerinə generalın qudası gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Həbs edilən baş həkimin yerinə generalın qudası gətirildi

Maraqlı

27 Aprel 2021 17:12 1456


Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Zığda yerləşən Modul Tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev bir neçə gün öncə koronavirus xəstələrindən rüşvət aldığına görə həbs edilib.

Yenisabah.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, hazırda sözgedən hospitalın baş həkimi vəzifəsini icra etmək Yeganə Abbasovaya həvalə olunub.

Qeyd edək ki, Y.Abbasova Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadənin qudası, həbs olunan sabiq baş həkim Ağayev İmran Əli Ağa oğlu isə onun bacısı oğludur.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!