Həbs edilən icra başçısı öldü 

Həbs edilən icra başçısı öldü 

Maraqlı Veb saytların hazırlanması

06 Dekabr 2023 12:46 5718


Yevlaxın sabiq icra başçısı Qoca Səmədov vəfat edib.

Yenisabah.az xəbər verir ki, bir müddət əvvəl səhhəti ilə bağlı şərti azadlığa buraxılan Qoca Səmədov evində ötən axşam vəfat edib.

Qeyd edək ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2019-cu ildə həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub. Bu il il iyul ayında səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb.

Onu da qeyd edək ki, Qoca Səmədov ürəyində yaranan problemdən əziyyət çəkirdi. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub. (APA) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!