Həbs edilən Rasim Quliyevdən XƏBƏR VAR

saytların hazırlanması

Evə çatdırılma

Həbs edilən Rasim Quliyevdən XƏBƏR VAR

Maraqlı

29 İyun 2021 10:28 971


Xəbər verdiyimiz kimi, bu ilin aprel ayında Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyev  korrupsiyada ittiham olunaraq həbs olunub.  

Unikal.org-un məlumatına görə,  Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində Abbas Rzayevin sədrliyi ilə iyunun 26-da keçirilən növbəti məhkəmə  prosesi zamanı R.Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.  Rasim Quliyevin bu qərardan apellasiya şikayəti verəcəyi bildirilib .

Qeyd edək ki, R.Quliyev 1990-cı ildə tələbə hərəkatının liderlərindən biri olub və 1992-ci ilin dekabr ayında AXC-Müsavat hakimiyyəti dövründə siyasi məhbus kimi həbs edilib. O, 1993-cü ildə aclıq aksiyasına başlayıb və nəhayət Heydər Əliyevin müdaxiləsindən sonra azadlığa buraxılıb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!