Həbsdə olan jurnalistin anasının dəfnində iştirakına icazə verildi

saytların hazırlanması

Evə çatdırılma

Həbsdə olan jurnalistin anasının dəfnində iştirakına icazə verildi

Hadisə

29 Yanvar 2026 10:23 449


“Meydan TV” işi üzrə hazırda həbsdə olan jurnalist Şəmşad Ağanın (Ağayevin) anasının dəfn mərasimində iştirakı etməsi ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.

“Yeni Sabah” xəbər verir ki, bunu vəkil Cavad Cavadlı bildirib. 

Təqdimata Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və qərar qəbul edilib. Pepperoni pizza

Məhkəmə təqdimatı təmin edib, Şəmşad Ağanın dəfn mərasimində iştirak etməsinə icazə verilib.

Qeyd edək ki, Şəmşad Ağanın anası dünən vəfat edib.

Xatırladaq ki, 2024-cü ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb. Onların barəsində həbs-qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!