Həbsdə olan tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Həbsdə olan tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı

Kriminal

23 May 2025 23:38 757


Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və internet üzərindən onlayn qumar oyunları təşkil etmə ittihamı ilə həbs olunan tiktoker Rəşad və Emin Abdullayev qardaşlarından biri - Emin Abdullayev ev dustaqlığına buraxılıb.

Yenisabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, müvafiq qərarı Bakı Apellyasiya Məhkəməsi qəbul edib.

Məhkəmə vəkil Orxan Zeynalov və İbrahim Qurbanovun verdikləri vəsatəti əsaslı hesab edib. Dördpendirli pizza

Qərara əsasən, Emin Abdullayev barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Qeyd edək ki, Abdullayev qardaşları polis əməliyyatı nəticəsində saxlanılmışdılar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!