Həbsdəki qohumuna narkotik keçirmək istədi,   ələ keçdi

saytların hazırlanması

Evə çatdırılma

Həbsdəki qohumuna narkotik keçirmək istədi, ələ keçdi

Kriminal

03 Dekabr 2022 16:09 777


Ədliyyə nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik vasitənin keçirilməsi cəhdinin qarşısı alınıb. 

Xidmətdən Yenisabah.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Məcid Nizami oğlu Əliyevə qohumu Bakı şəhər sakini Xosrov İsmayıl oğlu Fərzəliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı oradakı gödəkcənin iç cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,312 qram narkotik vasitə- marixuana aşkar edilib. Toyuqlu pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!