Həbsxanada olan 250 “Taliban” üzvü azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Həbsxanada olan 250 “Taliban” üzvü azad edildi

Hadisə

25 Aprel 2020 12:20 737


ABŞ və "Taliban" arasında əldə olunan razılığa əsasən, Əfqanıstan həbsxanalarında saxlanılan daha 250 Taliban üzvü sərbəst buraxılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Əfqanıstan Milli Təhlükəsizlik Şurasının sözçüsü Cavid Faisal mətbuata açıqlama verib. Açıqlamada həbsxanadan azadlığa buraxılanların sayının 550 nəfərə çatdığı bildirilib.

Sözçü qeyd edib ki, "Taliban" tərəfindən təqdim olunan məhbus mübadiləsi siyahısında olanlar yaş, sağlamlıq vəziyyətləri və cinayətlərinin səviyyəsinə görə sıra ilə sərbəst buraxılıblar. Cavid Faisalın sözlərinə görə, "Taliban" üzvləri identifikasiya sistemindən keçiblər və təkrar döyüşməyəcəkləri ilə bağlı öhdəlik götürüblər. Bildirək ki, məhkumların azadlığa buraxılması davam edəcək. Dördpendirli pizza

Xatırladaq ki, "Əfqanıstana barış gətirmə anlaşması" adlandırılan saziş fevralın 29-u Qətərin paytaxtı Dohada imzalanıb. Sözügedən şəhər iki il ABŞ və "Taliban" arasındakı görüşlərə ev sahibliyi edəcək.

Sayad Həsənli

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!