Həbsxanaya telefon keçirmək istədilər

saytların hazırlanması

Evə çatdırılma

Həbsxanaya telefon keçirmək istədilər

Kriminal

06 Avqust 2019 20:21 1065


Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

“Yeni Sabah” xəbər verir ki, xidmətin yaydığı məlumata görə, Cinayət Məcəlləsinin 181.3.1 və 181.3.2 maddələrinə əsasən 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Məhərrəmov Yusif Məhərrəm oğluna tanışı Füzuli rayon sakini Alverdiyev İlkin İnqilab oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 3 ədəd plastik qabın içərisində gizlədilmiş daxilində danışıq kartları olan 2 ədəd “Samsung” və 1 ədəd “Xiomi” mobil telefon aparatları, 2 ədəd qulaqcıq və 3 ədəd USB kabel aşkar edilib.

Faktla bağlı araşdırma aparılır. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!