Həbsxanaya yağ qabının içində narkotik keçirmək istədilər

saytların hazırlanması

Evə çatdırılma

Həbsxanaya yağ qabının içində narkotik keçirmək istədilər

Kriminal

21 May 2025 13:02 323


Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 9 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə xidmətdən məlumat verilib.

Məhkum Nahid Nicad oğlu Xudaverdiyevə gətirilmiş sovqata baxış keçirilən zaman plastik yağ qabının içərisində xüsusi üsulla  gizlədilmiş bükülülərdə ümumi çəkisi 10,760 qram qurudulmuş marixuana və ümumi çəkisi 4,785 qram metamfetamin aşkar olunub. pizza

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!