Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrətin təhsil problemi ilə bağlı bu gün sosial şəbəkədə açıqladığı mövqe bir qrup istifadəçi tərəfindən etirazla qarşılanıb.
“Yeni Sabah” xəbər verir ki, jurnalist rus məktəblərinin zəif təhsil verdiyini, bu məktəblərdə oxuyanların əksər hallarda əyləncə məkanlarında gün keçirdiyini bildirib: “Bakıda klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır. Açığı, elə yerlərə yolum düşmədiyi üçün bunu şəxsən təsdiq edə bilmirəm. Digər tərəfdən, içməyə və çəkməyə meylli olan da daha çox rus məktəblərinin şagirdləridir. Əlavə olaraq, siz heç 700 bal toplayan rus məktəbi məzununa rast gəldinizmi? Mən gəlmədim. Bilən varsa, lütfən, paylaşsın, bizim də bilgimiz olsun”.
Bu fikirlər screen edilərək sosial şəbəkədə paylaşılır, normal müzakirə deyil, təhqir və söyüşlərlə müşayiət olunur. A. Həsrət isə bu təhqirlərə hələlik heç bir cavab verməyib. Dördpendirli pizza
Telegram kanalımız