"Vizasız gediş-gəliş, Avropa Birliyi ilə ticarət əlaqələri çox mühüm irəliləyişdir".
Yenisabah.az xəbər verir ki, bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvili jurnalistlərə açıqlamasında deyib.
"Eyni şeylər NATO ilə əlaqədar da baş verir. Gürcüstan Əfqanıstan missiyasında çox aktiv bir ölkə idi. İllik olaraq NATO ilə iki hərbi təlimimiz var. Bütün bunlar bizim xarici siyasətimizin bir hissəsidir və bunu heç nə dəyişə bilməyəcək". Toyuqlu pizza
S. Zurabişvilinin sözlərinə görə, Rusiya tərəfindən təhlükələr mövcud ola bilər, ancaq Gürcüstan əhalisinin 80%-i Avropa istiqamətini seçir:
"Çünki əhali əmindir ki, bu, siyasi sistem və daxili təhlükəsizliyin inkişafı üçün vacibdir. Bizim heç bir tələbəmiz təhsil almaq üçün Moskvaya getmir, hər kəs Avropa və ya Amerika universitetlərinə gedir. Xaricə işləmək üçün leqal və ya qeyri-leqal gedən əhalimiz də Avropa və ya Amerikanı seçir, Rusiya tərəfə baxan yoxdur. Rusiyada sadəcə Sovet dövründən yaşayan gürcülər qalmaqdadırlar. Bir neçə qayıdış dalğasına baxmayaraq, onlar işləri və ailələri orada olduğu üçün bu ölkədə yaşamağa davam edirlər."
Telegram kanalımız