“Heç kim özünü Ronaldo və Messi ilə müqayisə edə bilməz” - Qvardiola

“Heç kim özünü Ronaldo və Messi ilə müqayisə edə bilməz” - Qvardiola

İdman Veb saytların hazırlanması

14 Sentyabr 2019 13:50 1074


“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola hücumçuları Rahim Sterlinq haqda fikirlərini bildirib.

"Yeni Sabah" xarici KİV-nə istinadən xəbər verir ki, ispan məşqçi “Mən çox sevinirəm ki, Sterlinq həm klubu, həm də milli komandasında yaxşı oynayır. Biz ona daha yüksək səviyyəyə qalxmağa kömək etməliyik”- deyə bildirib.

Qvardiola Sterlinqin Ronaldo və Messi ilə müqayisə olunmasının əleyhinədir:

“Mən ona mətbuatı az oxumağı tövsiyə edirəm. Bu, onun ziyanına işləyə bilər. Axı bu gün heç kim özünü Ronado və Messi ilə müqayisə edə bilməz. Onların son 10 ildə hər həftə etdikləri ilə müqayisə olunmazdır. Onlar həqiqətən əfsanədirlər”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!